Ermənistanda əsgər güllə yarasından öldü

22:29 14.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Silahlı Qüvvələrinin hərbçisi poliqonda aldığı güllə yarasından ölüb.

Hafta.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, 19 yaşlı əsgər hadisədən sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.